Avropa İttifaqında KORRUPSİYA QALMAQALI – Ardıcıl həbslər başladı

Avropa İttifaqında KORRUPSİYA QALMAQALI – Ardıcıl həbslər başladı

Hazırda oxunan: Avropa İttifaqında KORRUPSİYA QALMAQALI – Ardıcıl həbslər başladı
583589
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqının diplomatik strukturlarında genişmiqyaslı korrupsiya araşdırması aparılır.

Bizim.Media AFP nəşrinə istinadən xəbər verir ki, son günlər həm Avropa Xarici Fəaliyyət Xidməti (ЕEAS), həm də Brügge şəhərindəki Avropa Kolleci yüksək səviyyəli istintaq tədbirlərinin hədəfinə çevrilib.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən brifinqdə EEAS-da axtarışların aparıldığını təsdiqləyib. O, davam edən araşdırmaya görə istintaqın səbəbləri və axtarışları keçirən qurum barədə məlumat verməkdən imtina edib.
 

Avropa Prokurorluğu (EPPO) açıqlayıb ki, əməliyyatlar həm EEAS-ın Brüssel qərargahında, həm də Avropa Kollecinin Brügge kampusunda, eləcə də şübhəlilərin yaşayış ünvanlarında keçirilib. İstintaq zamanı bir sıra sənədlər və materiallar götürülüb. Araşdırma Avropa İttifaqının Fırıldaqçılıqla Mübarizə Ofisi (OLAF) ilə əməkdaşlıq çərçivəsində aparılır.


İlkin məlumata görə, ЕEAS əməkdaşlarının 2021-ci ildə gənc diplomatlar üçün 10 aylıq təlim proqramı üzrə tenderin seçim meyarlarını Avropa Kollecinə qanunsuz ötürdüyü ehtimal olunur. Həmin tender nəticəsində Kollec €654 min məbləğində vəsait almışdı.

Mogherini, Sannino və digər yüksək vəzifəli şəxslər saxlanıldı

İstintaq çərçivəsində baş verən həbslər Aİ diplomatiyasında ciddi rezonans yaradıb.
 

Belə ki, Avropa diplomatiyasının sabiq rəhbəri, Avropa Kollecinin rektoru Federika Mogerini Belçika polisi tərəfindən dələduzluqda şübhəli bilinən şəxs qismində saxlanılıb.


“l'Echo” nəşrinin məlumatına görə, ЕEAS-ın keçmiş baş katibi Stefano Sannino ikinci saxlanılan yüksək çinli rəsmidir.

Bundan əvvəl isə qurumun adı açıqlanmayan daha üç əməkdaşı həbs edilimişdi. Onlara fırıldaqçılıq, korrupsiya ittihamları irəli sürülə bilər.

Hələlik rəsmi ittiham irəli sürülməsə də, araşdırma davam edir və yeni həbslər istisna olunmur.

Borrellin də adı hallanır...

Avropa mətbuatı iddia edir ki, araşdırma əvvəlki yüksək vəzifəli rəsmilərdən biri – Aİ-nin keçmiş xarici siyasət rəhbəri Josep Borrell ilə də əlaqələndirilə bilər. Lakin Aİ nümayəndəsi Anita Hipper bu barədə sualları cavablandırmaqdan yayınaraq, “davam edən istintaqa görə” məlumat verə bilməyəcəyini bildirib.
 

Mütəxəssislərin fikrincə, baş verənlər Aİ tarixində diplomatik strukturlara yönəlik ən böyük korrupsiya istintaqlarından biri ola bilər. ЕEAS və Avropa Kolleci kimi qurumların adı hallanan qalmaqal həm Brüsseldə, həm də üzv dövlətlərdə ciddi müzakirələrə səbəb olub.


Araşdırma davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO