İranda qurumuş su anbarından 74 cəsəd tapıldı – Meyitlər xalçaya bükülü halda atılıb

İranda qurumuş su anbarından 74 cəsəd tapıldı – Meyitlər xalçaya bükülü halda atılıb

Hazırda oxunan: İranda qurumuş su anbarından 74 cəsəd tapıldı – Meyitlər xalçaya bükülü halda atılıb
580027
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın Əlborz əyalətində yerləşən Kərəc su anbarının qurumasından sonra bəndin yatağında 74 insan cəsədi aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azd İran” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, meyitlərin çoxunun əlləri və ayaqları bağlı, bəzilərinin isə sellofan və xalçaya bükülmüş halda bəndə atıldığı müəyyən edilib.

Hazırda məhkəmə və təhlükəsizlik orqanları cəsədlərin şəxsiyyəti və ölüm səbəbləri barədə heç bir açıqlama verməyib.

Məlumat yayımlandıqdan bir neçə saat sonra xəbər yerli mətbuat orqanlarından silinib. Yerli mənbələr bunun ETTELAAT (Təhlükəsizlik) və Ədliyyə Nazirliklərinin təzyiqi nəticəsində baş verdiyini bildirir.

Xatırladaq ki, son illərdə İranda keçirilən etiraz aksiyalarından sonra onlarca şəxs itkin düşüb, dövlət qurumları isə bu şəxslərin taleyi ilə bağlı araşdırma aparmaqdan və məlumat verməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO