Pendir beynin daha uzun müddət gənc qalmasına kömək edir - YENİ ARAŞDIRMA

Pendir beynin daha uzun müddət gənc qalmasına kömək edir - YENİ ARAŞDIRMA

Hazırda oxunan: Pendir beynin daha uzun müddət gənc qalmasına kömək edir - YENİ ARAŞDIRMA
578722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müntəzəm pendir qəbulu demensiya riskini azalda və yaşlılıqda zehni aydınlığı qoruyub saxlaya bilər.

Bizim.Media xəbər verir ki, bu nəticəyə Niimi Universitetinin və Yaponiyanın Milli Qocalıq və Gerontologiya Mərkəzinin alimləri gəliblər.

Onlar bu barədə geniş tədqiqatın nəticələrini Nutrients jurnalında dərc ediblər.
 

Alimlər 65 yaşdan yuxarı təxminən səkkiz min yaşlı yaponiyalının məlumatlarını üç il ərzində təhlil ediblər.


Nəticədə məlum olub ki, həftədə ən azı bir dəfə pendir yeyən insanlarda demensiya riski pendiri rasionundan tamamilə çıxaranlarla müqayisədə 24% daha azdır.

Mütəxəssislər bu təsiri pendirin tərkibindəki zülallar, antioksidantlar və damar sağlamlığını qoruyan, neyronların dağılmasının qarşısını alan K2 vitamini ilə izah edirlər.
 

Bundan əlavə, fermentləşdirilmiş pendirlər “bağırsaq–beyin” oxuna təsir edən, iltihabi prosesləri azaldan probiotiklər və bioaktiv peptidlər ehtiva edir.


Tədqiqat müəllifləri vurğulayırlar ki, hətta həftədə bir porsiya pendir belə faydalı ola bilər, lakin müxtəlif pendir növlərinin və onların miqdarlarının təsirini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO