Ərdoğan Qəzza razılaşmasını alqışladı – FOTO

Ərdoğan Qəzza razılaşmasını alqışladı – FOTO

Hazırda oxunan: Ərdoğan Qəzza razılaşmasını alqışladı – FOTO
574349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə HƏMAS və İsrail nümayəndələri arasında aparılan danışıqlardan sonra Qəzzada atəşkəsin əldə olunmasından məmnun olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Türkiyə lideri bu barədə "X" sosial media hesabında yazıb.

"Şarm Əş-Şeyxdə keçirilən və Türkiyə olaraq bizim də töhfə verdiyimiz HƏMAS-İsrail danışıqlarının Qəzzada atəşkəslə nəticələnməsindən böyük məmnuniyyət duyuram", - deyə o qeyd edib.

Ərdoğan İsrail hökumətinin atəşkəsə təşviq edilməsində zəruri siyasi iradə göstərən ABŞ Prezidenti Donald Tramp başda olmaqla, razılaşmanın nail olunmasına dəstək verən Qətər və Misirə də təşəkkür edib.

"Türkiyə olaraq razılaşmanın hər bəndinin yerinə yetirilməsini yaxından izləyəcək və prosesə töhfə verməyə davam edəcəyik", - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, İsrail və HƏMAS sülh planının birinci mərhələsinə dair razılaşma imzalayıblar.

Ərdoğan Qəzza razılaşmasını alqışladı – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO