Aclıq-səfalət ucbatından Ermənistanı tərk edib digər ölkələrə üz tutan ermənilərin aqibəti çox zaman yaxşı olmur. Belə ermənilərdən daha biri Amerikada həbs edilib.
Öz ölkəsində işsizlikdən qaçıb pul qazanmaq arzusu ilə Amerikaya gedən 25 yaşlı erməni qazanc yolunu oğurluqda görüb. O, Kaliforniyanın Qlendeyl şəhərinin 63 yaşlı sakinini qarət etmək istəyib. Lakin yaşlı qadının cəldliyi və cəsurluğu ilə onun bu uğursuz nəticələnib.
Günortadan sonra evinə qayıdan qadın mənzilində yad kişi görür. Təhqiqat nəticəsində oğrunun Aram Ambarsumyan adlı erməni olduğu bəlli olub.
Aram dəsmalla qadını boğmaq istədikdə əlbəyaxa dava düşüb. Erməni qarətçi qurbanını döşəməyə yıxıb zinət əşyalarının yerləşdiyi mücrünü götürməyə gedərkən. qadın cəld tərpənərək qarətçinin köynəyinin yaxasından yapışıb. Bu zaman o çıxış qapısına gedərək qaçmaq istəyib. 63 yaşlı qadın bu dəfə də cəld tərpənib qapının ağızını bağlayıb və qışqıraraq qonşuları köməyə çağırıb.
Səs-küyə binanın səkinləri tökülüşüb gəlib. Çıxılmaz vəziyyətdə qalan Aram Ambarsumyan qızıl zinət əşyalarını geri qaytarmağa məcbur olub. Qadın bundan sonra qonşuların köməyi ilə erməni gənci tutub saxlayır və üstünə baxış keçirir.
Hadisə yerinə gələn polis 63 yaşlı qadının tutub saxladığı qarətçini polis bölməsinə aparır. Artıq Aram Ambarsumyana qarşı basqın və qarətçilik maddələri ilə cinayət işi açılıb. (ans)

































































































