Türkiyə kənd satır -  VİDEO

Türkiyə kənd satır - VİDEO

Hazırda oxunan: Türkiyə kənd satır - VİDEO

55458
Türkiyə faciəvi tarixi olan “kabus-şəhər”i hərraca çıxarıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə yunan kəndi olan Levissinin (indiki Kayako) bərpasında maraqlı olan sərmayədarlar axtarır. Bərpadan sonra kənd turizm məqsədilə də istifadə oluna bilər. Kayakoda artıq 100 ilə yaxındır ki, yüzlərlə ev və iki kilsə tamamilə boşdu.

Qonşu kəndlərə gələn turistlər buradan avto dayanacaq kimi istifadə edirlər. Kayakoe XVIII əsrdə ucaldılıb, 1856-cı ildə zəlzələ nəticəsində tamamilə dağılmışdı. Zəlzələdən sonra yenidən bərpa olunsa da, 1885-ci ildə yanğın, 1923-cü ildə zəlzələ nəticəsində yenə xarabalığa çevrilib.

Xatırladaq ki, keçən il də belə bir hərrac keçirilmişdi. Lakin uğursuz alındı. Oktyabrın 23-də keçiriləcək ikinci hərracda qalib gələn təşkilat buranı 49 illik icarəyə götürəcək. Məhz həmin təşkilat da kəndin bərpasına, burada turizm infrastrukturunun yaradılmasına məsul olacaq.

Hesablamalara görə, layihənin dəyəri 10,5 milyon avrodur. Artıq iki şirkət hərracla maraqlandığını bildirib. Lakin bəziləri bu kəndin bərpasına qarşıdırlar. Onların firkincə, əgər bərpa olunsa, kənd öz orijinallığını və təbiiiliyini itirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO