Ukraynalı məktəb direktoru Azərbaycan Prezidentinə təşəkkür etdi – ÖZƏL MÜSAHİBƏ

Ukraynalı məktəb direktoru Azərbaycan Prezidentinə təşəkkür etdi – ÖZƏL MÜSAHİBƏ

Hazırda oxunan: Ukraynalı məktəb direktoru Azərbaycan Prezidentinə təşəkkür etdi – ÖZƏL MÜSAHİBƏ

55048

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edəkl ki, Çumak Alla Mixaylovna, Krılaç Yuliya Anatoliyevna “Tərəqqi” medalları ilə təltif ediliblər.

Məktəbin direktoru Antonenko Valentina Sergeyevna isə “Dostluq” ordeninə layiq görülüb. 

Bizim.Media Prezidentin “Dostluq” ordeni ilə təltif etdiyi Valentina Antonenkodan özəl müsahibə alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident bir qrup müəllimi təltif etdi - ADLAR


İlk sualımız isə bu xəbəri eşidən pedaqoqun hansı hisslər keçirdiyi olub:

“Belə xəbərə necə duyğulanmamaq olar? Çox təsirləndim. Bu təltifi heyrətlə qarşıladım. Məsələ burasındadır ki, həyatımız uzun illərini bu işə həsr etmişəm. Hər şeyi içdən, səmimi və sevgilə edirəm. Şadam ki, çalışdığımız məktəb Azərbaycan xalqının görkəmli qızı Zərifə Əliyevanın adını daşıyır. Bu məktəbdə çalışmaq həyatımda elə mühüm yer tutub ki, əksini düşünmək belə istəmirəm”.

Valentina Antonenko əlavə edib ki, onun kabinetində tanınmış ziyalı kimi hörmət bəslədiyi Zərifə Əliyevanın portreti də var.

Çünki Zərifə Əliyeva görkəmli elm adamı olmaqla yanaşı, həm də gözəl həyat yoldaşı, mehriban ana olub. O, Prezident İlham Əliyev haqqında da fikirlərini bölüşüb:

“Cənab İlham Əliyevin fəaliyyətini diqqətlə izləyir, bütün çıxışlarına baxıram. Müdrik insan, güclü siyasətçidir. Ona bütün sferalardakı nailiyyətlərlə yanaşı, ilk növbədə möhkəm can sağlığı arzulayıram. Onun rəhbərliyi ilə Azərbaycanın inkişafı da istəklərim arasındadır. Dərin hörmət bəslədiyim Prezident İlham Əliyevə ən yaxşı sözlərə layiqdir”.

Sonda qeyd edək ki, Ukraynanın İrpen şəhəri azərbaycanlılar üçün doğma olan məkandır. Bu şəhərdə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəb fəaliyyət göstərir, şəhərin mərkəzində Zərifə Əliyeva adına küçə mövcuddur.
 

12 saylı orta məktəb İrpen şəhərinin ən müasir, yüksək bilik aşılayan təhsil ocaqlarındandır. Azərbaycan dövlətinin dəstəyi ilə orta məktəb ən müasir avadanlıqlarla təchiz olunub, müasir idman meydançaları, idman qurğuları şagirdlərin ixtiyarına verilib.


Məktəbdəki akademik Zərifə Əliyeva adına muzey isə yerli sakinlərin və qonaqların ziyarət etdiyi ən sevimli məkanlardan biridir.

Orta məktəbin direktoru Valentina Antonenko bildirib ki, bu təhsil ocağında 60-a yaxın sinif və 2 mindən çox şagird təhsil alır. Onun sözlərinə görə, şagirdlərin yüksək biliyə sahib olmaları üçün burada savadlı müəllim heyəti çalışır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO