Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonuna yeni icra başçısı təyin olunub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonuna yeni icra başçısı təyin olunub

Hazırda oxunan: Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonuna yeni icra başçısı təyin olunub

34582

 Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda yeni təyinat həyata keçirilib.  Moderator.az-ın məlumatına görə, Aleksandra Oboladze Bolnisi rayonuna icra başçısı (qamqebeli) təyin edilib.

 

Qeyd edək ki, A.Oboladze 1975-ci ilin fevral ayının 25-də Xaşuri şəhərində anadan olub. O, 1998-ci ildə İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin filologiya, 2003-cü ildə isə hüquq fakültəsini bitirib. A.Oboladze 2004-2005-ci illərdə Tiflisin Vake-Saburtalo rayonunda vəkil işləyib, həmçinin müstəntiq, QHT mərkəzində vətəndaşların hüquq müdafiəsi üzrə vəkil, Xalq Müdafiəçisi aparatında aparıcı mütəxəssis, “Gürcü Arzusu” koalisiyasında hüquqşünas və digər təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb.

 

A.Oboladze 2012-ci ildən 2013-cü ilin sentyabrın 10-dək Gürcüstan Cəzaçəkmə, Probasiya və Hüquqi Yardım Nazirliyinin hüquqi yardım və şərti cəzalandırma departamentinin rəis müavini, habelə Milli şərti cəzalandırma agentliyinin rəis müavini vəzifələrində işləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO