“Forbes”in qiymətləndirməsinə görə, o, Qazaxıstanın ən varlı 50 iş adamının siyahısında 5-ci sıradadır. Ölkəsinin neft, qaz, nəqliyyat maqnatı sayılan bu şəxs prezidentin qızı, məşhur iş adamının həyat yoldaşı olmasına baxmayaraq, ictimai sima hesab edilmir. Çünki cəmiyyətə kifayət qədər qapalıdır. Eləcə də mətbuat üçün ən əlçatmaz şəxs statusundadır. Söhbət Dinara Kulibaevadan (Nazarbayeva) gedir.
Publika.Az “Milyonçu” layihəsi çərçivəsində “ALMEX” şirkətlər qrupunun rəhbəri Dinara Kulibaevanın maraqlı həyat hekayəsini təqdim edir.
Çobanın nəvəsi
Dinara Nursultan qızı Nazarbayeva 1967-ci ilin 19 avqustunda anadan olub. O, Qazaxıstan prezidentinin ortancıl qızıdır. Adi bir çobanın oğlu olan Nursultan Nazarbayev hələ o zaman metallurq idi. Arvadı Sara Kunakayeva isə yeməkxanada işləyirdi. Dinara Dariqadan 4 yaş balaca, Aliyədən isə 13 yaş böyükdür. 1989-cü ildə A.V.Lunaçarsko adına Moskva Dövlət Universitetinin teatr incəsənəti fakültəsini bitirən Dinara 1998-ci ildə Qazaxıstanın KIMEP Universitetində biznes idarəçiliyi üzrə magistr dərəcəsi alıb. Bacısı Dariqa və Aliyə Nazarbayevalardan fəqrli olaraq, siyasi fəaliyyətlə məşğul olmasa da, biznesdə əldə etdiyi uğurlarla ölkənin məşhur simalarından birinə çevrilməyi bacarıb. Bununla belə cəmiyyət qarşısına çıxmır, müsahibə vermir, şəkilinin çəkilməsinə şərait yaratmır. Şaiyələrə görə, Dinara o qədər ciddidir ki, KIMEP Universitetində təhsil aldığı zamanlarda qrup yoldaşları onun prezidentin qızı olduğunu atası Nursultan Nazarbayevin təhsil müəssisəsini ziyarət etdikdən sonra biliblər.Yeri gəlmişkən, o, Nursultanın boşanma gərginliyi yaşamayan yeganə qızıdı. Hətta ərinin, ölkənin ən varlı şəxsi, “KAZENERGY” şirkətinin rəhbəri (ölkə ürə bütün qaz ötürülməsinə nəzarət edir) Timur Kulibaevin xəyanətlərinə rəğmən. Bu barədə az sonra.
İş həyatı
Dinara Nazarbayeva Mərkəzi Asiyadan “Forbes”in siyasına düşən yeganə qadın milyoderdir. Bəzi mənbələrdə onun varidatı 2 milyard dollar, “Forbes”in qiymətləndirməsində isə 1,3 milyard dollar qiymətləndirlib. 2012-ci ildə Qazaxıstanın 15-ci varlı adamı olan Dinara 2013-cü ildə 5-ci sıraya yüksəlib. Xanım Kulibaeva “ALMEX” şirkətlər qrupunun rəhbəridir. Hansı ki, “Qazaxıstan Xalq Əmanət Bankı”nda 68,2 faiz hissəyə sahibdir. Şirkətlər qrupuna eləcə də “ALMEX Plus " Ltd (51%) , ASC “SAT & CO” (7,09%), “Kipros” Ltd, “Atraumunayonimderi”, “Kontinen İnvest Qrup”, “Munay Damu” Ltd, “BUSINESS STROYINVEST-A” Ltd və “Merkuriy 1999” Ltd (keçmiş “Merkuriy” ASC), “GolfTown” Ltd, “Mercury Engineering” Ltd, “Terminal-Petropavlovsk Merkuriy” Ltd, “TEK Qazaxıstan” Ltd, mühəndislik şirkəti "KazGiproNefteTrans", “Jayık Kurılıs-Qaz” Ltd, “Aksayqazservis”, “Kazburqaz” , AK “Altınalmas”, “KazStroyService” daxildir. Yeri gəlmişkən, bu son deyil. Statistikaya görə, Kulibaevlərin kurasiyasında 90-na yaxın şirkət var. Ailənin gəlirlərinin əsas hissəsini isə “Qazaxıstan Xalq Əmanət Bankı”, “ALMEX Plus " Ltd, “Kipros” Ltd, “Merkuriy 1999” Ltd, AK “Altınalmas” və “KazStroyService” formalaşdırır.
Bundan əlavə Dinara 2001-ci ildən “KazTransGas" ASC ”“nin və "Qazaxıstan-Britaniya Texniki Universiteti"nin idarə heyətinin rəhbəridir. Belə böyük imperiyanın başında dayanmasına baxmayaraq, Dinaranın biznes fəaliyyətinə dair geniş məlumatlar yoxdur. Görünür bu da bir siyasətdir. Çünki bir zamanlar ata Nazarbayev açıq şəkildə qızının bizesdə iştirakını təkzib edirdi. Amma çox keçmədən bəlli oldu ki, Dinara nəinki binezsdə iştirak edir, hətta Qazaxıstanın ən böyük bankının hissədarı (eləcə də Halyk bankının hissədarıdır) olmaqla bərabər, ərinin biznesində də əhəmiyyətli paya malikdir.
Məcara dolu Kulibaev ailəsi
Dinara ərinin soyadını götürən yeganə Nazarbayevadır. Onun həyat yoldaşı Timur Kulibaev 1966-cı ildə Alma-Atada anadan olub. Xalq təsərrüfatı ixtisası üzrə Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. İş həyatına Planlaşdırma İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlayıb. 1990-cı ildə ilk şirkətini “Altın-Alma”nı yaradıb. Sonradan biznesini bir sıra sektorlar üzrə genişləndirməklə 2011-c ildə dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Qazprom” un idarə heyyətinin müstəqil direktoru vəzifəsinə qədər yüksəlib.
Mənbələrdə Timurla Dinarının evlilik tarixlərinə dair məlumatlar əksini tapmasa da, cütlüyün Dəniz və Alişiya adlı 2 qızının, Altay adlı bir oğlanlarının olması bəllidir. Amma bu Kulibaevlərin şəxsi həyata ilə bağlı sadəcə ütülənmiş məlumatdır. Kənardan xöşbəxt görünən Dinaranın evliliyi elə də asan deyil. Belə ki, əri Timur Kulibaevin qadınlara qarşı zəyifliyi bu evliliyin ən pis tərəfidir. Söz-söhbətlərə görə, iş adamı dünyanın müxtəlif ölkələrindən özünə model qızlar sifariş verir. Gözlçələrini əsasən görüşə təyyarə ilə gətizdirir. Ərinə dəlicəsinə aşiq olan Dinara Kulibaeva isə onun bütün bu şıltaqlıqlarını bağışlayır. Təki Timur onun yanında qalsın. Dinaranın sahib olduğu mövqe sayəsində biznesini genişləndirib maqnata çevrilən T.Kulibaevin sevgililərindən birindən uşağı da var. Bu hekayədə isə diqqəti ən çox çəkən sevgilinin kimliyi və Timur üçün oynadığı roldur. Söhbət Ledi Qoqa Aşkenazi və Timur Kulibaevin məşhur sevgi hekayəsindən gedir.
Qoqa və Dinara
Ledi Qoqa Aşkenazi - bütün dünyaya məşhur olan bu qadın varlı kişi ovçusu kimi ad çıxarıb. Oksford məzunu Qoqa bir zamanlar Dinaranın bacısı Aliyənin əri Qırğızıstan prezidenti Əskər Akayevin oğlunun birinci arvadı olub. Məlumat üçün bildirək ki, Qoqanın atası Erken Berkaliev Qazaxıstanda Komunist Partiyasının öncüllərindən hesab edilib. Mixayil Qorbaçovun zamanında Mərkəzi Komitəyə işə qəbul olunub və hazırda da Astanada nüfuzlu siyasi xadimlərdən biridir.
Qoqa ilə Timurun tanışlığı isə 2005-ci ildən başlayıb. Həmin ərəfədə Qoqa da Timur kimi subay deyildi. O, otel imperiyasının şəhzadəsi Stefan Aşkenazinin arvadı idi. Lakin Timurla yaşadığı eşq məcarası səbəbindən bu evlilik uzun çəkmədi. Qoqa boşandıqdan sonra məşuqların münasibətləri daha da irəlilədi. Hətta 2007-ci ildə Timurla Dinara Türkiyədə istirahət edərkən yaxtası ilə ora gələn Qoqa onların bir addımlığında yerləşdi. Sevgilisi ilə müntəzəm görüşməyə başladı. Romantik görüşlərin nəticəsi olaraq Timur dördüncü dəfə ata oldu. Amma bu dəfə uşağın anası Dinara yox, Qoqa idi. T.Kulibaev bunun qarşılığında sevgilisinə” MunaiGaz Engineering” ("Kazmynayqaz”ın törəməsi) şirkətini, eləcə də 56 milyon dollar dəyərində Londonun perestejli rayonlarından birində ev hədiyyə etdi. Hazırda Qoqa “MunaiGaz Engineering”in baş meneceridir. Şirkət Qazaxıstan ərazisindən neft-qaz kəmərlərinin tikintisi ilə məşğul olur. Bir məqamı da qeyd edək ki, Qoqa uşağının atasının Timur olduğunu gizlətmir. Hətta Kulibaevi yaxşı valideyn kimi xarakterizə edir. Timurun şəxsi təyarəsində dünyanın istənilən ölkəsinə səyahət edən gözlçə Qazaxıstanda şəxsi mühafizəçilərlə gəzir, kişiləri əlcək kimi dəyişir.
Bu arada bildirək ki, sevgililərin münasibətləri rəsmi Astanaya hələ ilk vaxtlardan bəlli olsa da, bu yöndə xəbərlər uzun müddət geniş ictimaiyyətdən gizlədilib. Hər kəs Timur Kulibaevi aliəcanlı, sadiq kürəkən olaraq tanımaqda davam edib. Ta ki Böyük Britaniya qəzetləri onların münasibətlərindən silsilə məqalələr çap edənə qədər .Qoqa ilə münasibətlərə görə, Dinaranın atası Nursultan Nazarbayev kürəkənini cəzalandırdı. Buna rəğmən Timuru dayandırmaq mümkün olmadı. Kulibaev “Altın almas”ın səhmlərinin 5 faizini, “Kazturboremont”un səhmlərinin 5 faizini Qoqaya verdi. Hazırda Timurun 2 milyard dollarlıq sərvətində Qoqanın payı 400 milyon dollar təşkil edir.
İsveçrəyə köç
İsveçrədə yaşayan Dinara 2009-cu ildə Cenevrə gölü sahilində rus biznesmeni Roman Aksenenkodan 74,7 mln isveçrə frankına ərazisi 7960 kv. m olan villa satın almaqla ən iri həcmli daşınmaz əmlak alqı-satqısına imza atdı. Halbuki villa keçmiş sahibinə 19 milyon isveçrə frankına başa gəlmişdi. Mətbuatın iddialarına görə, Dinara villanın alınması üçün maliyyə vəsaitini 2000-2005-ci illərdə dövlətə məxsus neft-qaz səhmlərinin qeyri-qanuni satışından əldə etmişdi.
Bu arada Kulibaevlərin İspaniyanın kurort zonası olan Lloret de Mar şəhərində də villaları var. Timur Kulibaevlə yanaşı Nursultan Nazarbayev də tez-tez orada istirahət edir.
Bir məqamı da qeyd edək ki, Dinara Qoqanın oğlan doğmasından sonra 2010-cu ildə 3-cü uşağını dünyaya gətirib. Bu həm də ictimaiyyətə Timur Kulibaevlə ayrılmadıqlarına dair bir mesaj idi. 3 dildə danışan (qazax, rus, ingilis) Dinara “Nursultan Nazarbayev adına təhsil fondu” və Qazaxıtandakı özəl orta məktəb şəbəkəsi olan “Miras”ın rəhbəridir. İldən ilə srvətlərini artıran Kulibaevlər Qazaxıstanın varlı adamlarının siyahısında 4-cü 5-ci yerlərin sahibidirlər. Onların İspaniya və İsveçrədəki villaları, İngiltərədəki çox saylı daşınmaz əmlakları sərvətlərinin görünən tərəfidir. Avropa mətbuatı məhz Kulibaevlərin sayəsində son illər Qazaxıstandan 20 milyard dollar vəsaitin çıxarıldığını yazır.





































































































