İranın yeni Prezidenti nə vaxt and içəcək? - Tarix açıqlandı

İranın yeni Prezidenti nə vaxt and içəcək? - Tarix açıqlandı

Hazırda oxunan: İranın yeni Prezidenti nə vaxt and içəcək? - Tarix açıqlandı
30527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimi avqustun 5-də keçiriləcək.

Bizim.Media xəbər verir ki, İran İslam Şurası Məclisi (parlament) bu məsələni müzakirə edərək mərasimin avqustun 5-də keçirilməsinə razılıq verib.

Bu barədə məlumat verən parlament üzvü Məhəmməd Əli Möhsüni diqqətə çatdırıb ki, mərasimdə 50 dən artıq dövlətin rəsmi nümayəndələri iştirak edəcəklər.

Onun sözlərinə görə koronavirus pandemiyası ilə əlaqədar mərasimin keçirilməsi zamanı zəruri tibbi tədbirlər də həyata keçiriləcək. Andiçmə mərasiminin keçirilməsi ilə İran parlamentinin 11 komitəsi məşğul olur.

Qeyd edək ki, cari il iyunun 18-də İranda keçirilən prezident seçkilərində Seyid İbrahim Rəisi seçicilərin 61,95 faizinin səsini toplayaraq prezident seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO