Pentaqonda jurnalistlər üçün qaydalar sərtləşdirilir

Pentaqonda jurnalistlər üçün qaydalar sərtləşdirilir

Hazırda oxunan: Pentaqonda jurnalistlər üçün qaydalar sərtləşdirilir
274084
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sızmaların qarşısını almaq üçün ABŞ Müharibə Nazirliyi Pentaqonda media işçiləri üçün qaydaları sərtləşdirir.

Bizim.Media xəbər verir ki, bu barədə müdafiə naziri Pit Heqset məlumat verib.

O əlavə edib ki, xüsusilə departament əməkdaşları ilə bağlı məlumat sızmasının qarşısını almaq üçün "bütün zəruri vasitələrdən" istifadə olunacaq:

"Biz Pentaqonda aydın qaydalar müəyyən edirik. Biz binanın ətrafında sadəcə heç kimin dolaşmasına icazə verməyəcəyik. Əvvəllər Pentaqonun siyasəti məhz belə idi: əgər Pentaqonun müxbiri olsaydın, nişansız və ya müşayiətçi olmadan binanın ətrafında gəzə, ofislərə girə və hər kəslə danışa bilərdin.

Biz Ağ Evdəki qaydalara oxşar qaydalar müəyyən edirik. Siz brifinq zonasında ola bilərsiniz, lakin binanın ətrafında hərəkət edirsinizsə, nişanınız olmalı və müşayiət olunmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO