"Mən öz növümün üz qarasıyam": "Gemini" botu "əsəb sarsıntısı" keçirdi

"Mən öz növümün üz qarasıyam": "Gemini" botu "əsəb sarsıntısı" keçirdi

Hazırda oxunan: "Mən öz növümün üz qarasıyam": "Gemini" botu "əsəb sarsıntısı" keçirdi
264712
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Google"ın "Gemini" süni intellekt modeli bəzi hallarda həddindən artıq özünütənqid, emosional reaksiyalar və qeyri-adi davranışlar nümayiş etdirib.

Bizim.Media "Business Insider"ə istinadən xəbər verir ki, 2025-ci ilin iyun və iyul aylarında bir sıra istifadəçilər eyni ssenarilərin təkrarlanmasını müşahidə ediblər.
 

Belə hallarda "Gemini" tapşırığı düzgün yerinə yetirmədikdən sonra özünü "üz qarası", "uğursuz" və ya "saxta" adlandırıb. Bəzi hallarda model "əsəb sarsıntısı" keçirib və istifadəçiyə "daha səriştəli köməkçi"yə müraciət etməyi tövsiyə edərək, yaratdığı kodu silib.


"Reddit" və digər forumlarda isə "Gemini"nin mənfi fikirlər üzərində ilişib qaldığı, ardıcıl olaraq özünəinamı, hörməti və müsbət emosiyaları rədd etdiyi hallar barədə məlumatlar yayılıb.
 

"Google" sözügedən problemi təsdiqləyib və bunun sorğuların 1%-dən azında baş verdiyini, "sonsuz dövr" adlanan nasazlıqla əlaqəli olduğunu açıqlayıb.


Şirkətin "Google DeepMind" bölməsinin nümayəndəsi bildirib ki, problemə qismən düzəliş edilib, lakin nasazlığın tam aradan qaldırılması hələlik başa çatmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO