Bu ərazidə güclü İLAN HÜCUMU başladı - Əhali təşviş içində

Bu ərazidə güclü İLAN HÜCUMU başladı - Əhali təşviş içində

Hazırda oxunan: Bu ərazidə güclü İLAN HÜCUMU başladı - Əhali təşviş içində
262988
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyanın sevilən turizm məkanı olan Mayorka adası ekoloji təhlükə ilə qarşı-qarşıyadır.

Adada atnalı ilanlarının sayı kəskin şəkildə artıb və bu vəziyyət təbiət tarazlığını pozur.

Bizim.Media xəbər verir ki, Balear Adaları Universitetinin bioloqu Samuel Pinya bildirib ki, sürətlə çoxalan bu növlə mübarizə aparmaq üçün minlərlə, bəlkə də on minlərlə tələyə ehtiyac duyulur.
 

Təxminən 170 sm uzunluğunda olan və suda rahat hərəkət edən bu ilanlar yerli heyvan növləri üçün ciddi təhlükə yaradır. Xüsusilə “sargantana” adlı yerli kərtənkələ növü bu vəziyyətdən ən çox zərər görənlər sırasındadır.


Artıq bəzi bölgələrdə bu canlıların tamamilə yoxa çıxdığı bildirilir.
 

Alimlər xəbərdarlıq edirlər ki, sargantanaların yox olması adanın ekosisteminə təsirsiz ötüşməyəcək. Çünki bu kərtənkələlər tozcuq yayılmasında mühüm rol oynayır və onların itməsinin zəncirvari ekoloji fəsadlara yol aça biləcəyi qeyd olunur.


Hazırda mütəxəssislər təcili tədbirlərin görülməsini və adada bioloji tarazlığın qorunması üçün genişmiqyaslı planların hazırlanmasını tələb edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO