Kreml ŞOKDA: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verəcək

Kreml ŞOKDA: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verəcək

Hazırda oxunan: Kreml ŞOKDA: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verəcək
259993
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp ATACMS raketləri ilə Rusiyanın içərilərinə zərbələr endirmək üçün Ukraynaya icazə verə bilər.

Bizim.Media xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ dövlət başçısının Kiyevin ehtiyaclarını qarşılamaq üçün əlavə ATACMS raketlərinin tədarükü barədə göstəriş verməsi də gözlənilir. Mənbələrdən birinin sözlərinə əsasən, Pentaqon artıq bir neçə aydır ki, Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketlərindən istifadə etməklə Rusiyaya genişmiqyaslı zərbələr endirmək icazəsi verilməsinin vacibliyini vurğulayır.

Qeyd edək ki, iyulun 14-də Donald Tramp Avropa ölkələrinin bu tədarükləri maliyyələşdirəcəyi təqdirdə, Vaşinqtonun Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcəyini bildirib. O, tədarükün koordinasiyasının NATO tərəfindən həyata keçiriləcəyini bəyan edib.

ABŞ Prezidenti, həmçinin Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik idxal rüsumlarının tətbiqinin planlaşdırıldığını deyib. Müvafiq qərar 50 gün ərzində Ukrayna münaqişəsi ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə qüvvəyə minə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO