Almaniyada dünyasını dəyişən azərbaycanlı tələbə DƏFN EDİLDİ - FOTO

Almaniyada dünyasını dəyişən azərbaycanlı tələbə DƏFN EDİLDİ - FOTO

Hazırda oxunan: Almaniyada dünyasını dəyişən azərbaycanlı tələbə DƏFN EDİLDİ - FOTO
259248
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyada vəfat edən 18 yaşlı azərbaycanlı tələbə Kənan Camal oğlu Səfərovun cənazəsi Azərbaycana gətirilib və doğulduğu Lənkəran rayonunun Digah kəndində dəfn edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Almaniyanın Münhen şəhərində təhsil alan tələbənin meyiti iyulun 5-də yaşadığı evdə tapılıb.
 

Cənazəsi bu gün Azərbaycana gətirilib və Digah kənd qəbiristanlığında torpağa tapşırılıb.


Yaxınlarının bildirdiyinə görə, ilkin ehtimala əsasən, Kənanın ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında yaranan tromb olub.

Qeyd edək ki, ailənin yeganə övladı olan Kənan Səfərov Almaniyada birinci kurs tələbəsi idi və altı ay əvvəl təhsil almaq üçün bu ölkəyə getmişdi. Təhsil öncəsi anası ilə birlikdə Bakı şəhərində yaşayırdı.

Almaniyada dünyasını dəyişən azərbaycanlı tələbə DƏFN EDİLDİ - FOTO - foto 1
Almaniyada dünyasını dəyişən azərbaycanlı tələbə DƏFN EDİLDİ - FOTO - foto 2


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO