Rusiya Odessaya dronlarla hücum etdi: Ölən var – FOTO/VİDEO

Rusiya Odessaya dronlarla hücum etdi: Ölən var – FOTO/VİDEO

Hazırda oxunan: Rusiya Odessaya dronlarla hücum etdi: Ölən var – FOTO/VİDEO
258569
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın hərbi qüvvələri 7 iyul gecəsi Odessaya dron zərbələri endirib. Hücum nəticəsində bir nəfər həlak olub, müxtəlif obyektlərdə dağıntılar baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper yayıb.
 

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin aktiv işləməsinə baxmayaraq, şəhərdə dağıntılar və mülki infrastruktura zərər dəyib, xüsusilə, texniki xidmət stansiyası və minik avtomobilləri zədələnib.


“Zərbə nəticəsində tikilməkdə olan binanın yaxınlığında mühafizəçilər üçün nəzərdə tutulan otaqda yanğın baş verib. Təəssüf ki, bir mühafizəçi həyatını itirib,” – deyə Kiper bildirib.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin regional idarəsinin məlumatına əsasən, gecə hücumu zamanı Odessada 10 qaraj, texniki xidmət stansiyasındakı inzibati bina, tikinti vaqonları dağılıb.

Yanğın nəticəsində minik və yük avtomobilləri, eləcə də bir avtobus məhv olub.




Rusiya Odessaya dronlarla hücum etdi: Ölən var – FOTO/VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO