Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı AÇIQLAMA

Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı AÇIQLAMA

Hazırda oxunan: Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı AÇIQLAMA
257050
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Federasiyasının regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, məlumatda deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOLARI


“İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birgə, Rusiya Qvardiyasının Xüsusi Çevik Hücum Dəstəsinin (SOBR) dəstəyi ilə ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Keçirilən tədbirlər zamanı Yekaterinburq ərazisində əvvəlki illərdə baş vermiş cinayətlərin törədilməsində şübhəli bilinən bir sıra şəxslər saxlanılıb, həmçinin həmin şəxslərin yaşadıqları ünvanlarda axtarışlar aparılıb. Saxlanılan şəxslərin bu və digər cinayətlərdə iştirakları yoxlanılır. İstintaqın məxfiliyi ilə bağlı bu mərhələdə daha ətraflı məlumat açıqlanmır”.

Xatırladaq ki, Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Nəticədə hər iki şəxs və onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüb.

Qeyd edək ki, Azərbaycan XİN də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilən hücumlarla bağlı bəyanat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO