İrandan təxliyə ediləcək əcnəbilər Astara gömrüyündən BURAXILACAQ - FOTO

İrandan təxliyə ediləcək əcnəbilər Astara gömrüyündən BURAXILACAQ - FOTO

Hazırda oxunan: İrandan təxliyə ediləcək əcnəbilər Astara gömrüyündən BURAXILACAQ - FOTO
254629
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranda yaranmış böhranla əlaqədar Azərbaycana təxliyə ediləcək xarici ölkə vətəndaşlarının Astara gömrük-keçid məntəqəsindən ölkəyə daxil olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasına edilən müraciətlər əsasında həyata keçirilən təxliyə tədbirləri çərçivəsində, Astara sərhəd-buraxılış məntəqəsində bir sıra ölkələrin nümayəndə və vətəndaşlarının, o cümlədən Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyəti, Rusiya Xalq artisti və rejissor Fyodr Bondarçukun da daxil olduğu 90 nəfərə yaxın aktyor və incəsənət nümayəndəsinin quru yolla keçidi planlaşdırılıb.

Astara gömrüyündə təxliyə olunan şəxslərin qarşılanması üçün lazımi şərait yaradılıb.

Onlar üçün çay süfrəsi təşkil edilib, səhhətlərində narahatlıq yaranacağı təqdirdə dərhal müdaxilə üçün əraziyə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.

Həmçinin ölkəmizə təxliyə ediləcək şəxslərin yola salınması üçun artıq avtobuslar da əraziyə yerləşdirilib.

İrandan təxliyə ediləcək əcnəbilər Astara gömrüyündən BURAXILACAQ - FOTO - foto 1
İrandan təxliyə ediləcək əcnəbilər Astara gömrüyündən BURAXILACAQ - FOTO - foto 2
İrandan təxliyə ediləcək əcnəbilər Astara gömrüyündən BURAXILACAQ - FOTO - foto 3

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO