Amerikalı general: Vaşinqton Hindistana görə Pakistana qarşı getməyəcək

Amerikalı general: Vaşinqton Hindistana görə Pakistana qarşı getməyəcək

Hazırda oxunan: Amerikalı general: Vaşinqton Hindistana görə Pakistana qarşı getməyəcək
254323
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Erik Kurilla bəyan edib ki, Pakistandan imtina etmək ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməzdir. 

Bizim.Media  xəbər verir ki, bu barədə informasiyanı Samaa.tv yayıb.

General Kurillanın sözlərinə görə, Vaşinqton Hindistanla strateji münasibətlərə görə İslamabadla əməkdaşlığı qurban verə bilməz. 

Onun fikrincə, ABŞ-ın İŞİD-ə qarşı mübarizədə əldə etdiyi əsas uğurlar məhz Pakistanla sıx qarşılıqlı əməkdaşlıq sayəsində mümkün olub.

Kurilla qeyd edib ki, Pakistan xüsusi xidmət orqanları İŞİD-in ən azı beş yüksək vəzifəli üzvünü həbs edib. Bundan əlavə, Kabil aeroportundakı partlayışın əsas təşkilatçısı hesab edilən şəxsi ABŞ-a təhvil verib.

“Pakistanla davamlı əməkdaşlıq sayəsində ABŞ İŞİD-in tamamilə məhv edilməsinə bir addım daha yaxınlaşıb”, – deyə general Kurilla vurğulayıb.

Bu bəyanat ABŞ-ın regionda balanslaşdırılmış siyasət yürütməyə çalışdığını göstərir və onu da aydın edir ki, Vaşinqton Hindistanla münasibətlərini inkişaf etdirsə də, Pakistanla əlaqələrdən imtina etmək niyyətində deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO