Almaniyada qaçqınlarla əlaqədar sərt deportasiya qanunlarının qəbul edilməsi gündəmə gəlib.xa0
Məsələ dekabrın 29-da Amberq şəhərində (Bavariya) içkili vəziyətdə olan 17-19 yaşlı Suriya, Əfqanıstan və İran əsilli dörd gəncin yerli sakinlərə hücum etməsindən sonra aktuallaşıb.xa0
Almaniya polisi hadisə nəticəsində yoldan keçən 2 nəfərə müxtəlif dərəcəli bədən xəsarəti yetirildiyini, yerli sakinlərə hücum edənlərin saxlanıldığını açıqlayıb.xa0
xa0xa0
Daxili işlər naziri Horst Seehofer Almaniyaya sığınacaq almaq niyyəti ilə gəlmış və sığınacaq axtaran şəxslərin dərhal ölkədən deportasiya olunmasını zəruri sayır. Nazir yanvarın 2-də "Bild” nəşrinə müsahibəsində deyib ki, əgər mövcud qanunlar kifayət deyilsə, onlar dəyişdirilməlidir: "Amberqdəki hadisələr çox narahatlıq doğurur. Bu, həddindən artıq ciddi zorakılıq halıdır və belə hallara dözə bilmərik".
Daxili işlər naziri yaxın gələcəkdə deportasiya qanunvericiliyində dəyişiklik olunmasına dair təklifləri federal hökumətə təqdim edəcəyini də bildirib. Amberq şəhərinin meri də "Facebook” səhifəsində hadisəni qəti olaraq pisləyib.
Alman polisinin sözçüsü Rainer Wendt də federal hökuməti bu məsələ ilə bağlı mövqeyini bildirməyə çağırıb.xa0
Qeyd edək ki, yeni il gecəsi Essen şəhərində 50 yaşlı yerli sakin qəsdən idarə etdiyi nəqliyyat vasitəsini Suriya və Əfqanıstandan olan sakinlərin üzərinə sürüb. O, başqa ölkə vətəndaşları olduqları, fərqli göründükləri üçün 4 qaçqına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Amma daxili işlər naziri bu məsələyə münasibət bildirməyib.(BakuPost)

























































































