Moldovalı siyasətçidən Ukraynaya qarşı ərazi İDDİASI: “Odessanın bir hissəsi bizimdir!” - VİDEO

Moldovalı siyasətçidən Ukraynaya qarşı ərazi İDDİASI: “Odessanın bir hissəsi bizimdir!” - VİDEO

Hazırda oxunan: Moldovalı siyasətçidən Ukraynaya qarşı ərazi İDDİASI: “Odessanın bir hissəsi bizimdir!” - VİDEO
250122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şor qrupunun rusiyapərəst nümayəndəsi Viktoriya Furtune bəyan edib ki, Moldova Odessanın cənub hissəsi hesab edilən Budjak bölgəsini ölkənin dənizə çıxışını bərpa etmək üçün geri almalı və sərhədləri yenidən nəzərdən keçirməlidir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

O iddia edib ki, Moldova itirdiyi bu ərazini heç vaxt rəsmən Ukrayna ərazisi kimi tanımayıb.

Xatırladaq ki, Furtune keçmiş prokurordur və ötən il parlament seçkilərində iştirak edib.
Onun seçkiqabağı videoçarxı tanınmayan Dnestryanı Muxtar Respublikasının (“Pridnestroviya”) mərkəzində çəkilib.

O, Moskva şəhərində mühacirətdə yaşayan və rusiyapərəst nüfuz şəbəkəsinə rəhbərlik edən məhkum moldovalı oliqarx İlan Şorla sıx əlaqədədir.
 

Qeyd edək ki, Budjak müasir Odessanın cənubunda, Dunay və Dnestr çayları arasında yerləşən tarixi‑coğrafi bölgədir. 


Tarixən müxtəlif dövlətlərin tərkibinə daxil olsa da, hazırda bütövlükdə Ukraynanın nəzarəti altındadır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO