Vaşadze seçkiləri uduzdu, Saakaşvili xalqı küçələrə çağırdı

Vaşadze seçkiləri uduzdu, Saakaşvili xalqı küçələrə çağırdı

Hazırda oxunan: Vaşadze seçkiləri uduzdu, Saakaşvili xalqı küçələrə çağırdı

249177
Gürcüstanda prezident seçkilərinin bu gün keçirilən ikinci tutunda hakim “Gürcü arzusu” koalisiyasının namizədi Salome Zurabişvilinin qalib elan edilməsinin ardınca keçmiş prezident Mixail Saakaşvili Avropadan öz tərəfdarlarına müraciət edib.

Saakaşvili videomüraciətində əhalini küçələrə çıxmağa və vətəndaş itaətsizliyinə səsləyib. O, “Gürcü arzusu”nun lideri Bdzina İvanişvilini “çirkin oliqarx” adlandırıb. Bildirib ki, İvanişvili qanunu, konstitusiyanı, demokratiyanı və seçki institutunu tapdalayıb.

Saakaşvilinin sözlərinə görə, hakimiyyət seçkiləri oğru dünyasının dəstəyi ilə keçirib. Və bu seçkilərin demokratiyaya və xalqın öz iradəsini nümayiş etdirməsinə dəxli yoxdur.

“Bu gündən etibarən İvanişvili Gürcüstanın legitim hökmdarı deyil. Mən bu seçkiləri tanımıram və gürcü cəmiyyətini də nəticələri tanımamağa səsləyirəm”-o bildirib.

Mixail Saakaşvili qeyd edib ki, seçkilərin nəticələrinin necə olacağından asılı olmayaraq müxalifət küçələrə çıxacaq və kütləvi itaətsizlik nümayiş etdirəcək. “Mən Gürcüstan polisini xalqın tərəfində dayanmağa çağırıram, silahlı qüvvələri qanunsuz əmrləri yerinə yetirməkdən imtina etməyə səsləyirəm. Dövlət aparatının sağlam qismi Gürcüstanda hökmranlıq edən kriminal, mafioz bandadan məsafə saxlamalıdır”-o bildirib.

Saakaşvili “istənilən yolla” Gürcüstana qayıdacağını da deyib.(Virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO