BMT rəsmisindən Qarabağla bağlı MESAJ

BMT rəsmisindən Qarabağla bağlı MESAJ

Hazırda oxunan: BMT rəsmisindən Qarabağla bağlı MESAJ

634572

“Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) üçün humanitar minatəmizləmə şəhər siyasətinin, planlaşdırmanın və maliyyələşdirmənin fundamental tərkib hissəsidir. Təmizlənmiş ərazilər olmadan səmərəli şəhər planlarının hazırlanması, təhlükəsiz mülkiyyət hüquqlarının təmin edilməsi, infrastruktur şəbəkələrinin fəaliyyəti, eləcə də məcburi köçkünlərin və qaçqınların ləyaqətlə öz evlərinə qayıtması üçün etibarlı imkanların yaradılması mümkün deyil.

Azərbaycan bu istiqamətdə mühüm addım ataraq “Mina təhlükəsi ilə mübarizə tədbirləri” adlı 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini qəbul edib. Bu məqsəd mina çirklənməsini təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh qarşısında kompleks və çoxşaxəli maneə kimi tanıyır”.

Bizim.Media xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.

Direktor həmçinin qeyd edib ki, Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş “Böyük Qayıdış” proqramına, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında davam etdirilən bərpa və yenidənqurma prosesinə sıx şəkildə inteqrasiya olunub.

Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO