Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Hazırda oxunan: Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

634617

Çində robotlar üçün "uşaq bağçası" yaradılıb.

Bizim.Media xəbər verir ki, Çinin “Tashan Technology” şirkəti Pekinin Şicinşan rayonunda robotlar üçün "uşaq bağçası" açıb.

Tədqiqatçılar robotların toxunma qavrayışı, sınaq və səhv yolu ilə və öz təcrübələri ilə öyrənmələrini istəyirlər.

Burada tədqiqatçılar maşınların öyrədilməsinə alternativ yanaşmanı araşdırır.

Alimlər istəyirlər ki, insanlar hər bir hərəkəti robota nümayiş etdirmək əvəzinə, robotlar öz təcrübələrinə əsaslanaraq sınaq və səhv yolu ilə öyrənsinlər.

Ətraf mühitin müstəqil şəkildə öyrənilməsi robotlara məhdud və konkret tapşırıqlar üzrə təlim çərçivəsindən kənara çıxmağa, həmçinin fiziki dünya haqqında daha fundamental anlayış formalaşdırmağa kömək edə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO