
- A-
- A
- A+
Dünya
13:51 / 03.09.2026
Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib etdi – VİDEO
Hazırda oxunan: Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib etdi – VİDEO
634605
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Hazırda Rusiyada səfərbərlik tələb edən heç bir ssenari yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadiyyat Forumunda deyib.
Rusiya lideri bu mövzuda yayılan xəbərləri cəfəngiyat adlandırıb və bunu Dövlət Dumasına seçkilərdən əvvəl informasiya hücumu ilə əlaqələndirib.
“Bu, Dövlət Dumasına seçkilər ərəfəsində düşmən tərəfindən həyata keçirilən informasiya hücumu və nəticələrə təsir göstərmək cəhdidir. Bu, sadəcə olaraq, hesablanmış bir informasiya əməliyyatıdır”, - deyə Putin vurğulayıb.
Rusiya Prezidenti ölkəsində insanların Ukrayna vətəndaşlarından fərqli olaraq, Müdafiə Nazirliyi ilə könüllü müqavilələr imzaladığını qeyd edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































