Moskva vilayətində İNSANLAR TƏLAŞDA - Dronlar yaşayış binalarına dəydi - FOTO

Moskva vilayətində İNSANLAR TƏLAŞDA - Dronlar yaşayış binalarına dəydi - FOTO

Hazırda oxunan: Moskva vilayətində İNSANLAR TƏLAŞDA - Dronlar yaşayış binalarına dəydi - FOTO

634616

Ötən gecə Moskva vilayəti üzrə hava hücumundan müdafiə qüvvələri tərəfindən 56 PUA məhv edilib.

Bizim.Media xəbər verir ki, vilayət qubernatoru Andrey Vorobyovun sözlərinə görə, Kubinka şəhərində PUA-nın çoxmərtəbəli yaşayış binasına çırpılması nəticəsində 8-ci və 9-cu mərtəbələrdə yanğın baş verib, 7-ci mərtəbədə isə eyvan alışıb. Binadan 10 sakin təxliyə edilib.

Pavlovski Posad şəhərində də pilotsuz uçuş aparatının yaşayış binasına dəydiyi qeydə alınıb. Yanğın baş verməsə də, səkkiz mənzilin pəncərələri qırılıb.

Eyni zamanda, Ukrayna monitorinq kanalları Soçi limanına PUA zərbələrinin endirildiyi barədə məlumat yayıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO