Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Hazırda oxunan: Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

634691

Qusarın dağlıq Laza kəndinə yenidən palçıq axını gəlib.

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, gündüz saatlarında kəndə gələn palçıq seli kəndin bir hissəsi ilə o biri hissəsini birləşdirən nəqliyyat yolunu bağlayıb.

Qusar Rayon İcra Hakimiyyətinin gördüyü operativ tədbirlər nəticəsində əraziyə texnika cəlb olunub və 3 saat bağlı qalan yolun açılması təmin edilib.

Qeyd edək ki, Laza kəndinə ötən ilin 22 sentyabrından bu yana bir neçə dəfə Qızılqaya dağ massivindən palçıq axını gəlib. Hər dəfə də selin gətirdiyi fəsadlar aradan qaldırılıb.

İntensiv yağışların davam edəcəyi təqdirdə təbii prosesin təkrarlanacağı istisna edilmir. Bu məqsədlə qabaqlayıcı tədbirlərin görülməsi, Laza çayının məcrasının dərinləşdirilməsi işləri davam edir.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO