Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Hazırda oxunan: Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

634623

Əqli Mülkiyyət Agentliyi bir sıra əməkdaşlarının dövlət qulluqçusu statusu ləğv ediləcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əqli Mülkiyyət Agentliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən (hüquqi hərəkətləri həyata keçirən) əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu prosesin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Qeyd edək ki, Sərəncam sentyabrın 1-dən qüvvəyə minib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO