Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Hazırda oxunan: Yaxın 2 gündə HAVA necə olacaq?

634701

Sentyabrın 4-ü və 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 28-30 dərəcə isti olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bölgələrdə də əksər rayonlarda yağmursuz hava şəraiti proqnozlaşdırılır:

“Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu aran rayonlarında 28-33, dağlıq ərazilərdə 19-24 dərəcə isti olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO