ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib.
Bizim.Media xəbər verir ki, bunu ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” təşkilatının baş direktoru Eliz Becker Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə:
Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında panel sessiyasında çıxışı zamanı deyib.
O, ANAMA ilə artıq 20 ildən çoxdur tərəfdaşlıq etdiklərini və bundan qürur duyduqlarını bildirib.
Eliz Beckerin sözlərinə görə, sonrakı illərdə ANAMA öz əməliyyat təcrübəsini artırıb.
“Son beş il ərzində özəl donorların dəstəyi ilə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlamışıq. Onlar hazırda sahələrdə fəaliyyət göstərirlər”.
O əlavə edib ki, proqramın ilkin mərhələsində yaradılmış milli potensial minaaxtaran itlər üzrə imkanların kifayət qədər sürətlə genişləndirilməsinə şərait yaradıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:57 / 03.09.2026
ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
Hazırda oxunan: ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
Hazırda oxunan: ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
634606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































