Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Hazırda oxunan: Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

634655

Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib.

Bizim.Media xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində “Khazar” markalı minik avtomobili bir neçə digər maşını əzib.

Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Rüstəm qəzadan bir neçə gün əvvəl qəsəbədə tanış olduğu qızı qaçırıb. Onlar həmin müddətdə Rüstəmin istifadəsində olan “Khazar” markalı avtomobillə hərəkət ediblər və həmin nəqliyyat vasitəsində gecələyiblər.

Qızın anası polisə müraciət edərək övladının tapılması üçün kömək istəyib.

Həmçinin qızın anasının rəfiqəsi də onların axtarışına qoşulub və barışığa çalışıb. Həmin qadın Rüstəmi və qızı yaşadıqları əraziyə dəvət edərək görüşüb məsələni yoluna qoyacağını deyib.

Rüstəm avtomobillə görüş yerinə gələrkən orada polis maşınını görüb və avtomobilini sürətlə idarə edərək uzaqlaşmağa çalışıb. Qəza da həmin vaxt olub.

Barəsində inzibati protokol tərtib edilən R.Həbibov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbs edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO