
- A-
- A
- A+
İki cüdoçumuz Avropa çempionatının FİNALINDA
Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında U-21 Avropa çempionatı start götürüb.
Bizim.Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 7 üzvü tatami üzərinə çıxıb.
Onlardan Ayxan Mirzəzadə (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) finala yüksəliblər. Xədicə Qadaşova (57 kiloqram) isə bürünc medal uğrunda təsəlliverici görüşə vəsiqə qazanıb.
Nərgiz Əhmədova, Gülyaz Musayeva (hər ikisi 48 kiloqram), Aysun Məmmədova (52 kiloqram) və Aytən Verdiyeva (57 kiloqram) isə ilk görüşdə məğlub olublar.
Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































