İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İran hakimiyyətini devirmək üzərində işlədiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.
Netanyahu bildirib ki, bu rejim mütləq çökəcək:
"Biz onu devirəcəyik. Mənim rəhbərliyim altında bütün sistemlərimiz onun devrilməsi istiqamətində işləyir".
Ölkənin müdafiə naziri İsrael Katz Müdafiə Nazirliyinin əməkdaşları üçün keçirilən Yeni il mərasimində İranın mümkün hücumunun İsrail ordusu tərəfindən layiqli cavabla qarşılanacağını qeyd edib.
Katz İranın güclü iqtisadi təzyiq altında olduğunu, üsyan və rejimin süqutundan qorxaraq Tehran rəhbərliyini ümidsiz addımlara sövq edə biləcəyini vurğulayıb.
O, həmçinin əlavə edib ki, hər hansı bir hücum olacağı təqdirdə İsrail cavab zərbəsi üçün hədəf seçərkən artıq əvvəlki məhdudiyyətlər olmayacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:36 / 03.09.2026
Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”
Hazırda oxunan: Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”
Hazırda oxunan: Netanyahu: “Biz İran hakimiyyətini mütləq devirəcəyik!”
634646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































