Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar.
Onlardan 3 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:03 / 03.09.2026
Qobustanda ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlbir olan şəxslər tutuldu – FOTO/VİDEO
Hazırda oxunan: Qobustanda ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlbir olan şəxslər tutuldu – FOTO/VİDEO
Hazırda oxunan: Qobustanda ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlbir olan şəxslər tutuldu – FOTO/VİDEO
634607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































