Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin altı üzvü ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb.
Azərbaycan Basketbol Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yeni mövsümdən etibarən Səlminaz Ramazanlı, Ela Nur Gökçöl, Aylin Əkbərzadə, Polina Şukina, Aylin Niftəliyeva və Deniz Gökçöl təhsillərini və basketbol karyeralarını ABŞ-da davam etdirəcəklər.
Səlminaz Ramazanlı Luiziana, Ela Nur Gökçöl Corcian Kort Universitetində, Aylin Əkbərzadə Con Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida, Aylin Niftəliyeva Sprinqfild Kommonvels, Deniz Gökçöl isə Sentral Point Akademiyasında təhsil alacaqlar.
Bu keçidlər basketbolçulara yeni mühitdə inkişaf etmək və ABŞ basketbol sistemində təcrübə qazanmaq imkanı verəcək.






Bizim.Media

- A-
- A
- A+
İdman
17:46 / 03.09.2026
6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO
Hazırda oxunan: 6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO
Hazırda oxunan: 6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO
634653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































