Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə (60 kiloqram) Monteneqronun paytaxtı Podqoritsada keçirilən U-21 Avropa çempionatında final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, həlledici qarşılaşmada fransalı Lüsyen Tiksyeni məğlub edən idmançı qitə yarışının qızıl medalını qazanıb.
Bu gün həmçinin, Məhəmməd Musayev (66 kiloqram) Avropa çempionluğu, Xədicə Qədəşova (57 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Nərgiz Əhmədova, Gülyaz Musayeva (hər ikisi 48 kiloqram), Aysun Məmmədova (52 kiloqram) və Aytən Verdiyeva (57 kiloqram) isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:00 / 03.09.2026
Ayxan Mirzəzadə Avropa çempionu oldu
Hazırda oxunan: Ayxan Mirzəzadə Avropa çempionu oldu
Hazırda oxunan: Ayxan Mirzəzadə Avropa çempionu oldu
634675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































