Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? – FOTO

Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? – FOTO

Hazırda oxunan: Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? – FOTO

634612

Goranboyda 2 saylı tam orta məktəbin işdən çıxarılan direktoru İlhamə Qasımovanın məktəbin əmlakına zərər vurması ilə bağlı iddialar səslənib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Məktəb direktorunun vəzifədən azad edildikdən sonra sanitar qovşağındakı avadanlıqları, əlüzyuyanları sökərək öz evinə apardığı iddia olunur.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, bununla əlaqədar araşdırma aparılıb:

"Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən ümumi təhsil müəssisəsində bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması ilə bağlı məsələ mövcuddur.

Hazırda həmin avadanlıqların təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi və problemin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması nəzərdə tutulur". (Qafqazinfo.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO