Ermənistan vətəndaşı ABŞ-da həbs edildi - Rusiyaya mal ixrac edirmiş

Ermənistan vətəndaşı ABŞ-da həbs edildi - Rusiyaya mal ixrac edirmiş

Hazırda oxunan: Ermənistan vətəndaşı ABŞ-da həbs edildi - Rusiyaya mal ixrac edirmiş

634629

Sentyabrın 2-də Texas ştatının Ostin şəhərindəki federal məhkəmə Ermənistan vətəndaşı Kamo Kirakosyanı 26 ay müddətinə azadlıqdan məhrum edib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

O, ABŞ hakimiyyətinin müvafiq lisenziyası və ya icazəsi olmadan ABŞ-dan Ermənistan vasitəsilə Rusiyaya mal ixrac etmək məqsədilə cinayətkar sövdələşmədə iştirak etməkdө təqsirli bilinib.
 

İttiham aktına əsasən, 2022-ci ilin fevralından 2024-cü ilin avqustuna qədər Kirakosyan Rusiyadakı ortaqları üçün Amerika mənşəli malların, o cümlədən yarımkeçiricilərin istehsalında istifadə oluna bilən komponentlərin saxta alıcısı qismində çıxış edib.


2024-cü ilin iyulunda irəli sürülən ittihamlardan sonra Kirakosyan 2025-ci ilin avqustunda Almaniyadan ABŞ-a ekstradisiya olunub. 2026-cı ilin aprelində o, federal qanunvericiliyi pozmaq məqsədilə sui-qəsd maddəsi üzrə özünü təqsirli bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO