İrəvanda erməni-türk biznes-forumu keçirilir

İrəvanda erməni-türk biznes-forumu keçirilir

Hazırda oxunan: İrəvanda erməni-türk biznes-forumu keçirilir

634626

"Erməni-türk münasibətlərinin normallaşdırılmasına dəstək: transsərhəd əlaqələrin gücləndirilməsi" adlı forumda iştirak etmək üçün Türkiyənin sərhəddə yerləşən regionlarının – xüsusilə Van, İğdır və Qarsın işgüzar dairələrinin nümayəndələri İrəvana gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Ermənistan Sənayeçi və Sahibkarlar İttifaqının sədri Arsen Qazatyan İrəvanda keçirilən ikigünlük konfransın açılışında erməni-türk sərhədinin açılmasının logistik xərcləri əhəmiyyətli dərəcədə azalda, sərhəddə ticarətə təkan verə və birgə investisiya layihələrini işə sala biləcəyini bəyan edib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi iki ölkənin işgüzar və dövlət dairələri arasında birbaşa dialoq qurmaq, eləcə də iqtisadi əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO