İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Hazırda oxunan: İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

634698

İran İsrailin Livana hücum edəcəyi halda genişmiqyaslı zərbə endirəcəyi ilə bağlı ABŞ-yə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, "Reuters" agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, xəbərdarlıq Vaşinqtona avqustun ortalarında Oman vasitəsilə çatdırılıb.
 

Məlumatda qeyd olunub ki, Livanın cənubundakı Əli əl-Tahar dağ silsiləsində "Hizbullah" döyüşçüləri və SEPAH nümayəndələri yerləşir. Həmçinin daha iki mənbə bildirib ki, ərazidə SEPAH-ın ondan çox hərbçisi, o cümlədən ən azı iki yüksək rütbəli zabiti var.


Əli əl-Tahar silsiləsi Livanın cənub-şərq bölgələrinə hakim mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Livan təhlükəsizlik mənbələrinin məlumatına görə, "Hizbullah" orada yeraltı komandanlıq mərkəzi və silah anbarları yaradıb. İsrail hərbçiləri bu ərazini öz əməliyyatlarının əsas istiqamətlərindən biri hesab edirlər.

İsrail artıq silsilənin cənubundakı ərazilərə nəzarət edir və bu zonaya girişi məhdudlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO