Rusiyalı milyarder: “Biznes \

Rusiyalı milyarder: “Biznes \"bankların köləsi\"dir”

Hazırda oxunan: Rusiyalı milyarder: “Biznes \"bankların köləsi\"dir”

23398

Rusiyada borc bazarı aktiv şəkildə inkişaf etdirilməli, sahibkarların bu sahədə iştirakları stimullaşdırılmalıdır, əks halda biznes "bankların köləsi" kimi qalacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri rusiyalı milyarder Oleq Deripaska səsləndirilib.

"Bizdə istiqraz bazarı yoxdur. 110 trilyon iqtisadiyyatımız üçün bu məbləği 30 trilyon görürsünüzsə, bu, heç nədir. Bu 30 trilyonun yarısı Maliyyə Nazirliyinindir. Digər yarısı banklar və neft sektorunundur. İstiqrazlara ehtiyac var. Qiymətli kağızların uçotu və lombard siyahısı daha keyfiyyətlidir. Əks təqdirdə həm fiziki, həm də hüquqi şəxslər ipoteka və bütün digər borc vermə formalarının bir növ “bank köləsi” kimi qalacaq”, deyə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Borc bazarı sahibkarların azadlığına doğru ilk addımdır. Sonda kapitala birbaşa çıxış əldə etmək istəyirik". “RİA Novosti” agentliyi milyarderin dediklərindən sitat gətirib.

Qeyd edək ki, Beynəlxalq İqtisadi Forumu Sankt-Peterburq şəhərində 2-5 iyun tarixlərində əyani formatda keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO