Kişi təyyarə qəzasında 12 qohumunu itirdi

Kişi təyyarə qəzasında 12 qohumunu itirdi

Hazırda oxunan: Kişi təyyarə qəzasında 12 qohumunu itirdi
228104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Muan hava limanında (Cənubi Koreya) Boeing 737-800 təyyarəsinin qəzaya uğraması nəticəsində kişi 12 ailə üzvünü itirib. 

Bizim.Media xarici KİV-ə istinadla bildirir ki, Jeju Air təyyarəsi eniş zamanı eniş zolağının sonunda divara çırpılıb və yanıb, göyərtəsində olan 181 nəfərdən yalnız stüard və stüardessa sağ qalıb. Adının açıqlanmasını istəməyən şəxs təyyarədə olan 12 qohumu üçün yas saxlayır.

Özü də Tailandda qohumları ilə turist səfərində olub, lakin işi onu Cənubi Koreyaya qayıtmaqdansa Hindistana getməyə məcbur edib.

“Mən böyük bir ailənin yeganə sağ qalanıyam”, o deyib. 
 

Təyyarə qəzası xəbəri çıxan kimi həmin şəxs DNT testindən keçmək və səlahiyyətlilərə ailə üzvlərini müəyyənləşdirməkdə kömək etmək üçün dərhal Cənubi Koreyaya bilet götürüb.


“Balaca qızımın səsi beynimdə əks-səda verməyə davam edir. O, mənə dedi ki, babasının ad gününü qeyd edəcəklər”, - kişi fəlakətin qurbanı olan qızını xatırlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO