Yeni ilin ilk günü Kiyevə kütləvi hava hücumu - Ölən və yaralananlar var - FOTO

Yeni ilin ilk günü Kiyevə kütləvi hava hücumu - Ölən və yaralananlar var - FOTO

Hazırda oxunan: Yeni ilin ilk günü Kiyevə kütləvi hava hücumu - Ölən və yaralananlar var - FOTO
228092
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 1-də Rusiya kamikadze dronlarının Kiyevə hücumu nəticəsində iki nəfər həlak olub, azı 7 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat yayıb: 

“Rusiya PUA-larının səhər hücumu nəticəsində Kiyevin Peçerski rayonunda yaşayış binasında dağıntıları təmizləmək üçün aparılan iş zamanı qadın cəsədi tapılıb. Xəsarət alanlar arasında iki hamilə qadın da var”.

Hazırda xilasetmə əməliyyatı davam edir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Yeni il gecəsi Rusiya dörd istiqamətdən 111 pilotsuz təyyarə ilə Ukraynaya hücum edib. Hava hücumundan müdafiə onların əksəriyyətini vurub.

“Şahed” tipli 63 PUA-nın və digər pilotsuz uçan aparatların vurulduğu təsdiqlənib”,-deyə məlumatda bildirilir.
 

Hava hücumundan müdafiə sistemi Poltava, Sumı, Kiyev, Çerniqov, Cherkasi, Zaporojye, Jitomir, Xmelnitski, Kirovoqrad və Nikolaev vilayətlərində fəaliyyət göstərib.


Bundan əlavə, Müdafiə Qüvvələrinin fəal müqaviməti nəticəsində Rusiyanın 46 simulyator pilotsuz uçan aparatı itirilib.

Yeni ilin ilk günü Kiyevə kütləvi hava hücumu - Ölən və yaralananlar var - FOTO - foto 1
Yeni ilin ilk günü Kiyevə kütləvi hava hücumu - Ölən və yaralananlar var - FOTO - foto 2
Yeni ilin ilk günü Kiyevə kütləvi hava hücumu - Ölən və yaralananlar var - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO