KİV: Mask seçkilərdən bəri Trampın evində yaşayır

KİV: Mask seçkilərdən bəri Trampın evində yaşayır

Hazırda oxunan: KİV: Mask seçkilərdən bəri Trampın evində yaşayır
227970
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İlon Mask ABŞ-da prezident seçkiləri keçirilən gündən bəri Donald Trampın malikanəsində yaşayır.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Mask Trampın ən yaxın adamlarından biri olmaqla, yeni seçilmiş prezidentin Florida ştatındakı iqamətgahından “bir neçə yüz fut” aralıda məskunlaşıb.

Bu, sahibkara Trampla asanlıqla şəxsən ünsiyyətdə olmaq, o cümlədən onunla nahar etmək imkanı verir. 

NYT iddia edir ki, Mask bu yaxınlarda “Amazon”un qurucusu Ceff Bezos ilə şam yeməyi zamanı Trampa baş çəkib.

Lakin nəşr qeyd edir ki, Tramp 2025-ci il yanvarın 20-də vəzifəyə başladıqdan sonra Maskın yeni prezidentlə bu qədər asanlıqla görüşməsi çətin olacaq. 

Qeyd edək ki, ABŞ-da noyabrın 5-də keçirilən prezident seçkilərində respublikaçıların namizədi Donald Tramp demokratların namizədi Kamala Harrisə qalib gələrək yeni Prezident seçilib. Milyarder İlon Mask isə həm seçki kampanyası dönəmində, həm də sonrakı dövrdə Trampa açıq dəstək nümayiş etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO