İlk dəfə qadın ABŞ Ordusunun naziri olacaq - Senat namizədliyini təsdiqlədi

İlk dəfə qadın ABŞ Ordusunun naziri olacaq - Senat namizədliyini təsdiqlədi

Hazırda oxunan: İlk dəfə qadın ABŞ Ordusunun naziri olacaq - Senat namizədliyini təsdiqlədi
22703
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kristina Uormut ABŞ Senatı tərəfindən ABŞ Ordusunun naziri olaraq təsdiqlənib.

Bizim.Media xəbər verir ki, o, bu vəzifəni tutan ilk qadın olacaq. Deputatlar yekdilliklə 52 yaşlı siyasətçinin təyin edilməsi üçün səs veriblər. İnformasiya Demokratlar Partiyasının Twitter səhifəsində yayımlanıb.

Uormutun bu vəzifədə yerinə yetirəcəyi əsas funksiyalar müdafiə sahəsi ilə əlaqəli siyasət, proqram və büdcələrə nəzarət etməkdir.

"Ordu naziri olmaq mənim üçün böyük şərəfdir. Bu rolda xidmət etmək böyük bir imtiyaz və məsuliyyətdir" deyə o, “Twitter”də yazıb.

Barak Obamanın prezidentliyi dövründə Uormut Müdafiə Nazirliyində siyasi məsələlər üzrə nazir müavini vəzifəsində çalışıb. 

Uormut Ağ Evdə Milli Təhlükəsizlik Şurasında (MTŞ) işləyirdi. ABŞ prezidenti Jozef Baydenin Müdafiə Nazirliyindəki keçid komandasına da rəhbərlik edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO