Mariya Zaxarova: "Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumayın, xəstələnərsiniz"

Mariya Zaxarova: "Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumayın, xəstələnərsiniz"

Hazırda oxunan: Mariya Zaxarova: "Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumayın, xəstələnərsiniz"
225860
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumaq xəstəliyə səbəb ola bilər. Ona görə də onları oxumamaq daha yaxşıdır.

Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Ermənistanın “Telegram” kanallarında yayılan geniş məlumatlara görə, Azərbaycanın guya üçüncü ölkə vasitəsilə Hindistana silah alınması ilə bağlı təklif göndərdiyi barədə sualını cavablandırıb.

“Ermənistanda hökumətyönlü “Telegram” kanalları çox şeylərə inandırmağa çalışırlar. Onları oxusanız, mənə elə gəlir ki, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır - onlar bəzən elə cəfəngiyyatlar yayırlar”, - deyə Zaxarova bildirib.

O əlavə edib ki, Azərbaycan və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu dövlətlərin öz işidir: “Müvafiq qarşılıqlı əlaqələrin necə qurulması onların işidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO