Dövlət büdcəsində təhsil, səhiyyə və sosial müdafiəyə ayrılacaq vəsaitin HƏCMİ DƏYİŞDİ

Dövlət büdcəsində təhsil, səhiyyə və sosial müdafiəyə ayrılacaq vəsaitin HƏCMİ DƏYİŞDİ

Hazırda oxunan: Dövlət büdcəsində təhsil, səhiyyə və sosial müdafiəyə ayrılacaq vəsaitin HƏCMİ DƏYİŞDİ
225341
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gələn il üçün dövlət büdcəsində təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat istiqamətlərinə ayrılması nəzərdə tutulan vəsaitlərin həcmi dəyişib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, təhsil sahəsinə 4 milyard 946 milyon 73 min 190 manat, səhiyyə sahəsinə 1 milyard 999 milyon 438 min 359 manat, sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 811 milyon 769 min 907 manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, təhsil sahəsinə 4 milyard 937 milyon 283 min 246 manat, səhiyyə sahəsinə 1 milyard 993 milyon 578 min 359 manat, sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 751 milyon 730 min 807 manat vəsait ayrılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO