"Ərdoğan ABŞ-a boyun əymir, çünki..." – Mirzayan

Hazırda oxunan: "Ərdoğan ABŞ-a boyun əymir, çünki..." – Mirzayan

224149
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan S-400-lərin alışı ilə bağlı ABŞ tərəfindən edilən təzyiqlərə boyun əyməyəcək.

Bu sözləri rusiyalı siyasi ekspert, erməni əsilli Gevorq Mirzayan deyib.

“Ərdoğan indi təslim olarsa, onun nüfuzuna böyük zərbə olar. Belə bir şeyə ehtiyac varmı? Yoxdur. Türkiyəli rəsmilər amerikalılarla razılaşmanın yollarını axtarır. Əgər uzlaşma olmazsa, ABŞ tərəfinin istəkləri də qəbul edilməyəcək”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Ankaranın Rusiyadan S-400 almasına qarşılıq olaraq, ABŞ rəsmiləri Türkiyəyə F-35-lərin satışının dayandırılacağı barədə açıqlamalar verirlər.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO