"Neftçi" Emin Mahmudov və Emil Balayevlə müqavilənin müddətini uzatdı

"Neftçi" Emin Mahmudov və Emil Balayevlə müqavilənin müddətini uzatdı

Hazırda oxunan: "Neftçi" Emin Mahmudov və Emil Balayevlə müqavilənin müddətini uzatdı

620646

"Neftçi" PFK kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.

Bizim.Media xəbər verir ki, yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.
 

Qeyd edək ki, 2017/18 mövsümündən komandanın şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.


"Neftçi"nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində komandada olub və 25 rəsmi oyun keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO