Danimarka Ukraynaya F-16 qırıcılarının ikinci partiyasını tədarük edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenski sosial şəbəkələrdə məlumat verib.
"Danimarkadan gələn F-16-ların ikinci partiyası artıq Ukraynadadır", - Zelenski deyib.
Danimarka hakimiyyəti Kiyevin hərbi sənaye kompleksinin maliyyələşdirilməsi üçün 2025-ci ildə Ukraynaya təxminən 1,4 milyard dollar göndərmək niyyətindədir.
Bundan əvvəl məlum olmuşdu ki, Danimarka bütün Ukrayna münaqişəsi zamanı Kiyev rejiminə 6 ədəd F-16 qırıcısı verib.
Bizim.Media